Stressə davamlılıq, stressin idarə edilməsi təlimi gündəlik həyatımızda və karyeramızda qarşılaşacağımız ilkin stresslə hansı şəkildə mübarizə aparamağımız barədə nəzəri biliklər və praktiki bacarıqlarla zəngin bir təlimdir. Belə ki, təsirli və effektli şəkildə stressi idarə etmə texnikalarından bəhs edilən bu təlimdə, stressə qarşı davamlılığımızı inkişaf etdirməyə çalışacağıq.
Təlimin məqsədi: Müasir təlim metodlarından isifadə etməklə praktiki olaraq stressə davamlılıq və stressin idarə olunması ilə bağlı bacarıqlarınızı da təkmilləşdirməkdir. Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru üsullardan istifadə edərək stressi idarə etməklə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.
Kimlər iştirak edə bilər?
Stressə qarşı davamlı və stressin idarə olunması texnikaları ilə tanış olmaq istəyən hər kəs bu təlimdə iştirak edə bilərlər.
Nələr əldə edəcəksiniz?
Stressin idarə olunması ilə bağlı nəzəri biliklərlə yanaşı, praktiki olaraq real, tətbiq edilməsi mümkün olan üsullarla tanış olacaqsınız.
Nəzəri biliklərinizi praktiki olaraq iş və ya şəxsi həyatınızda tətbiq etməyi öyrənəcəksiniz.
Təlimdə iştirakınızı təsdiq edən sertifikat əldə edəcəksiniz.
Təlim əhatə edən mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:
Tanışlıq
Fərdi iş
Stress nədir?
Stressin əlamətləri
Stressin formaları
Stressin təsirləri
Fərdi iş: SWOT analiz
Təşkilati stressin faktorları
Stressin yaratdığı problemlər
Fərdi iş: Stress test
Stressin idarə olunması texnikaları
Yekun. Təlimin qiymətləndirilməsi
Təlim müddəti: 1 gün
Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.